Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 4 milyard dollara çata bilər.
Millətin Səsi.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın XİN başçısı Ceyhun Bayramovla danışıqların yekunlarına dair birgə mətbuat konfransında bildirib.
“Cari ildə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 3 milyard ABŞ dolları olub. Hesab edirəm ki, iki ölkə arasındakı ticarət dövriyyəsi 4 milyard dollar rekord həddinə çata bilər”, – deyə Lavrov bildirib.