Rusiya “İl-76” təyyarəsinin vurulması ilə bağlı BMT TŞ-nin təcili iclasının keçirilməsini istəyib

Rusiya “İl-76” təyyarəsinin vurulması ilə bağlı BMT TŞ-nin təcili iclasının keçirilməsini istəyib

Rusiya Belqorod vilayətində raketlə vurulan “İl-76” təyyarəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini istəyib.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiyası ilə Ukrayna arasında əsirlərin mübadiləsi razılaşdırılsa da, Kiyev “İl-76” təyyarəsini vurdu.

Lavrov qeyd edib ki, Kiyevin “İl-76″ya hücumu onun Belqorodda terror metodlarından istifadə etməsi deməkdir.

“Rusiya ümid edir ki, Fransa “İL-76″ ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağıracaq”, – deyə Rusiya XİN başçısı əlavə edib.

Mənbə

Share: