Rusiyanın dövlət korporasiyası “Rostex” ilk dəfə rəsmi Feysbuk səhifəsində “MAKS-2021” sərgisində əsas yenilik olacaq “prinsipial yeni” hərbi təyyarəsinin şəklini yerləşdirib.
Millətin Səsi.az xəbər verir ki, təyyarənin növbəti həftənin əvvəlində təqdim olunması planlaşdırılır, lakin təfərrüat barədə məlumat verilmir.
Mütəxəssislərin fikrincə, bu, beşinci nəsil döyüş təyyarəsi olacaq.
Ehtimal olunur ki, təyyarənin yüksək döyüş yükü və aviasiyanı məhv edən müasir alətləri olacaq.
Qeyd edək ki, “MAKS-2021 Beynəlxalq Aviasiya və Kosmik Salonu 20-25 iyul tarixlərində təşkil ediləcək.
Axar.az