Rusiya işğalçı ölkəyə “Su-30SM” qırıcıları verəcək

Rusiya Ermənistanın Erebuni aerodromundakı 3624 saylı aviasiya bazasında mövcud olan “MiQ-29” təyyarələrini “4++”cu nəsil “Su-30SM” tipli çoxməqsədli qırıcılarla əvəz edəcək.

Milletinsesi.az  TAAS-a istinadən xəbər verir ki,  Ermənistana ümumilikdə 18 qırıcı göndəriləcək..

Məlumata görə, aviabazanın “Su-30SM” qırıcıları ilə təchiz edilməsinə artıq gələn ildən başlanacaq. Aaviabazada olan “MiQ-29″ların hamısının “Su-30SM” qırıcıları ilə əvəzlənməsi 2020-2021-ci illər ərzində   iki mərhələdə həyata keçiriləcək.

Qeyd edək ki, Rusiya ATƏT-in Minsk Qrupunda regionda sülhün tənzimlənməsi rolunda çıxış etsə də daim işğalçı dövləti silahlandırmaqla məşğuldur.

Share: