
Ukrayna Silahlı Qüvvələri hava kəşfiyyatı sayəsində Soledarda “vaqner”çilərin toplaşdığı yerlərə zərbələr endirir…
Yanvarın 13-də axşam saatlarında Soledarda Ukrayna Silahlı Qüvvələri ilə işğalçılar arasında artilleriya döyüşləri gedib, şəhər düşmən üçün əsl tələyə çevrilib, yüzlərlə itki verirlər.
Moderator.az xəbər verir ki, bu barədə “Vahid xəbərlər”(“United News”) telemarafonunun efirində Soledarın “Stoun” çağırış ləqəbli ukraynalı müdafiəçisi Pyotr Voloşenko danışıb.
Döyüşçü qeyd edib ki, “Vaqner” muzdluları yanvarın 13-ü axşama qədər yalnız “şəhərin bəzi hissəsinə” çata biliblər.
“Şəhərin bir hissəsini ələ keçiriblər, ora daxil olurlar, amma şəhərin onların olduğu bütün hissəsi bizim hava kəşfiyyatımızın daimi nəzarəti altındadır. Biz onların toplanma yerlərinə dəqiq zərbələri koordinasiya edirik”, – deyə Voloşenko vəziyyəti təsvir edib.
O, Soledarın niyə işğalçılar üçün əsl tələyə çevrildiyini də izah edib.
“Onlar (ruslar – red.) özləri də bilmədən Soledarda tələyə düşüblər. Şəhər şəhər döyüşləri üçün əlverişsiz olub. Onlar ağır texnikanı irəli buraxa bilmirlər. Onlar da bizim kimi uzaqmənzilli artilleriya ilə işləyə bilirlər. Artilleriya duelləri gedir, əks-batareya zərbələri endirilir”, – deyə Ukrayna Silahlı Qüvvələrinin döyüşçüsü bildirib.
Onu da əlavə edək ki, Prezident Vladimir Zelenski müharibənin 324-cü gününün sonunda ukraynalılara Bakı vaxtı ilə 14 yanvar gecə saat 1-2 radələrində “UNİAN”-da yayımlanmış axşam video-müraciətində şərqdəki müdafiə qüvvələri Donetsk bölgəsini rus işğalçılarından müdafiə edərək onlara verilən tapşırıqları əzmlə yerinə yetirdiklərini vurğulayıb.
“Donetsk vilayəti uğrunda ağır döyüşlər davam edir. Baxmut və Soledar, Kremennaya, ölkəmizin şərqindəki digər şəhər və kəndlər uğrunda döyüşlər davam edir. Düşmən ən böyük qüvvələrini bu istiqamətdə cəmləsə də, əsgərlərimiz – Ukraynanın Silahlı qüvvələri, bütün müdafiə və təhlükəsizlik qüvvələri dövləti qoruyur. Öz tapşırıqlarını cəsarət və mətanətlə yerinə yetirən hər bir əsgər, çavuş və briqada və digər ordu hissələrinin zabitlərinə təşəkkür edirəm”, – deyə Prezident bildirib
Sultan Laçın