Rusiya işğalçıları Xersonu küçə döyüşlərinə hazırlayır…-RƏSMİ

Əhalinin əhəmiyyətli hissəsi müvəqqəti olaraq Rusiya tərəfindən işğal edilmiş Xersonu tərk edib. 

 

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı oktyabrın 22-də “Facebook”-da məlumat yayıb.

 

“Əldə etdiyimiz məlumata görə,  əhalinin əhəmiyyətli hissəsi Xersonu tərk edib. Şəhərdə qalan Rusiya işğalçıları mülki paltar geyinərək tərk edilmiş evlərə yerləşilər. Düşmən Xersonu küçə döyüşlərinə hazırlayır”, – məlumatda deyilir.

 

Həmçinin oktyabrın 21-dən etibarən işğalçılar Kaxovka xəstəxanasının binalarını xəstələrdən və tibb işçilərindən azad etmək üçün tədbirlər görür.

 

“Enerqodar (Zaporojye vilayəti) şəhərində Rusiya hərbçiləri yaşadıqları tərk edilmiş mənzilləri və otelləri qarət edirlər”, – Baş Qərargah əlavə edib.

 

Sultan Laçın

Mənbə

Share: