Rusiya kəşfiyyatı Ukraynanın enerji şirkətinə kiber hücum etdi

Rusiya kəşfiyyatı ABŞ prezidenti Donald Tramp barədə impiçment prosesinin başlamasına yol açan Ukraynanın “Burisma Holdings” enerji şirkətinə kiber hücum təşkil edib.

Milletinsesi.az “euronews “ə istinadən xəbər verir ki, bu barədə ABŞ-da fəaliyyət göstərən təhlükəsizlik şirkətinin hazırladığı hesabatda qeyd olunub. Hücumun Tramp barədə impiçment prosesinin başlaması ilə eyni vaxta düşməsi diqqət çəkir. Rusiyalı kəşfiyyatçıların hansı məlumatları ələ keçirdiyi məlum deyil.

Xatırladaq ki, iddialara görə, prezident Donald Tramp Zelenski ilə telefon danışığı zamanı demokratların nümayəndəsi, prezidentliyə namizəd, keçmiş vitse-prezident Co Baydenin oğlunun Ukraynadakı ticarət fəaliyyətinin araşdırılmasını tələb edib. Əvəzində isə “Ağ ev” rəhbəri Kiyevə dəstək sözü verib. İddia edilir ki, Tramp bu yolla rəqibinə siyasi zərbə vurmaq istəyib. Co Baydenin oğlu “Burisma Holdings”də yüksək vəzifədə çalışıb.

Telefon danışığının mətni mətbuata sızandan sonra demokratlar “Ağ ev” rəhbərinin impiçmentini tələb edib.

Share: