Rusiya Litva səfirliyinin diplomatlarından birini “persona non-qrata (“arzuolunmaz şəxs”) elan edib.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Rəsmi Moskva bunu Litvanın analoji addımına cavab tədbiri olaraq həyata keçirib.
Xatırladaq ki, bu ilin dekabrın 1-də Rusiyanın Litvadakı səfirliyinin nümayəndəsi XİN-ə çağırılıb. Ona nota təqdim edilib.