Rusiya məmurunun İtaliyada saxlanılan oğlu: Məni ABŞ-a verməyin

Rusiya məmurunun İtaliyada saxlanılan oğlu: Məni ABŞ-a verməyin

ABŞ-ın tələbi ilə İtaliyada saxlanılan Rusiyanın Krasnoyarsk diyarı qubernatoru Aleksandr Ussun oğlu Artyom Ussun işinə Milan Apellyasiya Məhkəməsində baxılıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Novaya Gazeta Europe” məlumat yayıb.

 

Bildirilib ki, çirkli pulların yuyulmasında və sanksiyalardan yayınmaqda ittiham olunan A.Uss Rusiyaya göndərilməsini xahiş edib.

 

“Məni Rusiyaya çatdırın, ABŞ-a təhvil verməyin”, – deyə Uss bildirib. Onu ABŞ-da onu 30 ilə qədər həbs cəzası gözləyir.

 

Qeyd edək ki, Artyom Uss ötən ilin oktyabrın 17-də Milan hava limanında saxlanılıb. ABŞ Ədliyyə Nazirliyi hesab edir ki, o, daha 6 nəfərlə birlikdə neft qaçaqmalçılığı, ABŞ-dan hərbi texnologiya ixracı və çirkli pulların yuyulmasında iştirak edib. Həmçinin Uss Rusiyada külli miqdarda çirkli pulların yuyulması ilə bağlı cinayət işində ittiham olunur.

Mənbə

Share: