Rusiya millisi Avro-2020-dən kənarlaşdırıla bilər

Rusiya millisi Avro-2020-dən kənarlaşdırıla bilər.

Qol.az-ın “BBC”yə istinadən yaydığı xəbərə görə, bu barədə  Rusiya Antidopinq Agentliyinin baş direktoru Yuri Qanus məlumat verib. O bildirib ki, Sankt-Peterburqun qitə çempionatının oyunlarına ev sahibliyi etməmə ehtimalı da var: “Hər nə qədər ehtimal olsa da, Rusiya millisi Avropa çempionatından məhrum edilə bilər. Hazırda Rusiya Antidopinq Agentliyi Ümumdünya Antidopinq Agentliyinə (WADA – red.) şərti uyğunluq rejimindədir. Onu saxlamaq üçün biz iki şərti yerinə yetirməli idik. Birincisi, 31 dekabr 2018-ci ilədək ekspertləri Moskva laboratoriyasına ekspertləri buraxmalı və onlara elektron bazanı verməliyik. İkincisi, 30 iyun 2019-cu ilədək maddi məlumatların –  WADA-nın araşdırma şöbəsinə verilməsi üçün dopinq-test siyahısının ötürülməsini təmin etməli idik”.

Qeyd edək ki, Ümumdünya Antidopinq Agentliyinin İcraiyyə Komitəsi Rusiyanın uyğunluq məsələsindəki problemlər səbəbindən 4 il müddətinə beynəlxalq yarışlardan kənarlaşdırılmasını tövsiyə etdiyi iddia olunur.

Share: