Moderator.az-ın bugünkü araşdırmasından bəlli olur ki, son 4 gün ərzində oxşar oyun Laçın rayonunun avqustun 26-da rəsmən Azərbaycan dövlətinin yurisdiksiyasına qaytarılmış digər yaşayış məntəqəsi- Zabux kəndinin ətrafında baş verir.
Belə ki, oktyabrın 4-ə aid xəritədən Rusiya hərbçiləri Ermənistanla sərhəddəki 1 nömrəli “sərhəd körpüsü” postundan Zabux kəndinədək patrul xidməti keçirdiyi bəlli olur və Zabux kəndi həmin xəritədə “sülhməramlı”ların dislokasiya xəritəsinə daxil edilir. Oktyabrın 5-də eyni məntəqə həmin xəritədən çıxarılır, ayın 6 və 7-də isə yenidən daxil edilir.
P.S. Deyəsən, Ukraynada işləri fırıq olan Rusiya Qarabağda bizimlə siçan-pişik oyunu oynayır…
Sultan Laçın