Rusiya neftinin qiymətinə tətbiq edilən yuxarı hədd “Saxalin-2” layihəsi çərçivəsində hasil edilən neftə şamil edilməyəcək.
Bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu qərar Yaponiyanın enerji təhlükəsizliyini təmin etmək məqsədilə qəbul olunub.
Xatırladaq ki, dekabrın 5-də Rusiya neftinə məhdudiyyətlər qüvvəyə minib. Beləliklə, Avropa İttifaqı (Aİ) və G7 ölkələri Rusiya neftinin bir barelinin 60 dollar səviyyəsində məhdudlaşdırılması barədə razılığa gəlib.