
Hərbi-texniki baxımdan Rusiya nüvə müharibəsinə hazırdır.
Bunu Rusiya Prezidenti Vladimir Putin jurnalist Dmitri Kiselyova müsahibəsində deyib. “Onlar daim döyüşə hazır vəziyyətdədirlər”, – Putin bildirib. Putinin sözlərinə görə, ABŞ öz qoşunlarını Ukraynaya göndərmək fikrində olmadığını elan edib:
“Vaşinqtonda başa düşürlər ki, Moskva ABŞ qoşunlarının Rusiya ərazisinə yeridilməsini müdaxilə kimi qiymətləndirəcək. Mən demişəm ki, Bayden ənənəvi siyasət məktəbinin nümayəndəsidir. Bu da təsdiqini tapır. Baydendən başqa da Rusiya-ABŞ münasibətləri sahəsində kifayət qədər mütəxəssis var”.