Rusiya Odessa vilayətində taxıl anbarlarına zərbə endirib

Rusiya Odessa vilayətində taxıl anbarlarına zərbə endirib

Rusiya Odessa vilayətində taxıl anbarlarına zərbə endirib.

 

Gecə saatlarında Rusiya hərbçiləri Odessa vilayətində taxıl anbarlarına və istehsal-boşaltma kompleksinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib. PUA-lar Azov dənizinin şərq sahilindən qaldırılıb.

 

Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri “Şahed-136/131” tipli 9 pilotsuz uçuş aparatlarını məhv edib. “Düşmən Dunay regionunda taxıl anbarlarına və istehsal-boşaltma kompleksinə zərbələr endirib. Anbarlarda yanğın baş verib, yanğın tez bir zamanda lokallaşdırılıb. Yanğınsöndürənlər işlərini davam etdirirlər. Mülki əhali arasında itki yoxdur”, – məlumatda deyilir.

 

Qeyd edək ki, Rusiya “Taxıl sazişi”ndən geri çəkildikdən sonra Ukrayna limanlarını və taxıl infrastrukturunu aktiv şəkildə atəşə tutur.

Mənbə

Share: