Zərbələr nəticəsində 1000 kv metr sahədə dağıntı və 400 kv metr sahədə yanğın baş verib…
Bu gün səhər Rusiya qoşunları Odessanı raket atəşinə tutub.
Moderator.az xəbər verir ki, bu barədə “Cənub” operativ komandanlığının mətbuat xidməti məlumat yayıb.
“Məlumata görə, düşmən Odessaya Qara dənizdəki gəmidən dörd “Kalibr” raketi atıb.
Hava döyüşü və partlayış dalğası nəticəsində biznes-mərkəz, təhsil müəssisəsi, yaşayış kompleksi, iaşə müəssisələri və şəhərin mərkəzindəki mağazalar zədələnib”, – məlumatda deyilir.
Həmçinin raketin ticarət şəbəkələrinin birinin anbarına düşməsi nəticəsində 1000 kv metr sahədə dağıntı və 400 kv metr sahədə yanğın baş verib. Hazırda dağıntılar təmizlənir, orada insanların olduğu güman edilir.
Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin Baş İdarəsi dağıdılmış biznes-mərkəzin fotoşəklini dərc edib.
İlkin məlumatlara görə, altı nəfər yaralanıb. Dağıdılmış biznes-mərkəzin yanında avtomobil alışıb yanıb.Hadisə yerində böhran psixoloqları işləyir.
Odessa rayon hərbi administrasiyasının məlumatına görə, hava hücumundan müdafiə qüvvələri 2 raketi vurub.
Odessaya raket zərbəsi – başlıca xəbərlər
Çərşənbə gününə keçən gecə, iyunun 14-də güclü partlayışlar eşidilib. İşğalçılar Odessaya Qara dəniz akvatoriyasından “Kalibr” raketlərilə zərbələr endirib.
Bu ərəfədə hərbçilər Qara dənizdə Rusiyanın 16 “Kalibr” raketi llə təchiz edilmiş iki raketdaşıyıcısı yerləşdirib.
Gecə Rusiya gəmilərinə “Kalibr” raketləri olan sualtı qayıq qoşulub. Azov dənizində raketdaşıyıcısı olmayan daha bir gəmi döyüş növbəsində olub.
Beləliklə, ümumilikdə, “Kalibr”lərin sayı 20-yə çatıb.
