Rusiya ordusu sürətlə irəliləyir…

Rusiya ordusu sürətlə irəliləyir…

Sülh danışıqları dalana dirəndiyi üçün Rusiya sürətli şəkildə Ukrayna ərazilərini ələ keçirməyə davam edir.

Axar.az xəbər verir ki, bu barədə “Telegraf” nəşri məlumat yayıb.

Bildirilib ki, rus qoşunlarının irəliləyişi təxminən dörd il əvvəl Rusiyanın tammiqyaslı işğalının başlanğıcından bəri ən sürətli tempə yaxınlaşıb.

Məlumata görə, noyabr ayında ruslar 500 kvadrat kilometr ərazini ələ keçiriblər ki, bu da əvvəlki ayla müqayisədə 250 kvadrat kilometr çoxdur:

“Eyni zamanda, Rusiya Prezidenti Vladimir Putin bütün Donetsk vilayətini zorla və ya danışıqlar yolu ilə ələ keçirəcəyini bəyan edib. Tramp administrasiyasının müharibəni bitirmək planına Ukraynanın böyük əraziləri təhvil verməsi də daxildir.

Ukrayna və Avropa bu təklifləri rədd edib. Bu nailiyyətlər çox güman ki, Trampı sülhün Rusiyanın şərtləri ilə əldə edilməsinə, Kiyevə silah və yardım göndərilməsinin israfçılığına inandıracaq”.

Share: