
“Rusiya qoşunları Ukrayna ordusunun ehtiyat bölmələri və Qərbdən gələn silahları məhv etməyə, bununla da Ukraynanın əkshücumunu pozmağa cəhd edir…”
“Ukrayna İsrailə raketlər və dronlardan müdafiə edilməsi üçün Kiyevə vasitələr verilməsinə çağırış edib…”
Rusiya qoşunları Ukrayna ərazisinə raket zərbələrinin taktikasını dəyişib.
Moderator.az xəbər verir ki, Britaniya kəşfiyyatı dünən Uman şəhərinə zərbə nəticəsində 23 nəfərin, o cümlədən bir qadın və iki yaşlı körpə qızcığazın həlak olmasını təhlil edərkən bu nəticəyə gəlib.
Qeyd edilir ki, bu, mart ayından ilk güclü raket zərbəsidir. Bu zaman Rusiya qoşunları qışda olduğundan daha az döyüş sursatı istifadə edib və uzaqvuran zərbələr endirməkdən vaz keçib.
Hücumların həm də məqsədləri dəyişib. “Görünür ki, bu zərbələr Ukraynanın energetika infrastrukturuna yönəlməyib”, – kəşfiyyatçılar qeyd edib.
Onlar hesab edir ki, Rusiya qoşunları Ukrayna ordusunun ehtiyat bölmələrini və Qərbdən gələn silahları məhv etməyə cəhd edir. Bununla da Rusiya ordusu Ukraynanın əkshücumunu pozmağa cəhd edir.
Britaniya kəşfiyyatının fikrincə, bu hücum nəticəsində çoxsaylı qurbanlar iki səbəbdən-Rusiya qoşunlarının raketləri yönləndirmək metodlarının səmərəsiz olması və bəyan edilən hədəflərə çatmaq üçün yanaşı zərərə etinasız yanaşmasından baş verib.
Xatırladaq ki, dünən Rusiyanın raket zərbəsi nəticəsində Uman şəhərində çoxmərtəbəli evin giriş qapısı dağıdılıb. Nəticədə 23 nəfər, o cümlədən 6 uşaq həlak olub, 9 nəfər yaralanıb.
Rusiya MN bəyan edib ki, Ukrayna ərazisinin atəşə tutulmasının bütün məqsədlərinə nail olunub.
Dünən axşam Ukrayna prezidenti Ofisinin rəhbəri Andrey Yermak Umanda baş vermiş faciəyə münasibət bildirib.
O, İsrail hökumətinə müraciət edərək Kiyevə raketlər və dronlardan müdafiə edilməsi və bununla da Ukrayna vətəndaşlarının Rusiya təcavüzündən xilas edilməsi üçün vasitələrin verilməsinə çağırış edib.