Ukrayna qüvvələri son 24 saat ərzində Kursk vilayətinin boşaldılmış ərazilərinə 7 dəfə artilleriya zərbələri endirib, Rusiya hava hücumundan müdafiə qüvvələri isə bölgə üzərində 42 pilotsuz uçan aparatı vurub.
Millətin Səsi.az xəbər verir ki, bu barədə Qubernator Aleksandr Xinşteyn bildirib:
“Ümumilikdə, martın 25-i Moskva vaxtı ilə səhər saat 9:00-dan 26-sı səhər saat 7:00-a qədər düşmənin 42 müxtəlif tipli pilotsuz uçan aparatı vurulub”
Xinşteyn dəqiqləşdirib ki, Ukrayna hücumları nəticəsində ölən və ya xəsarət alan olmayıb.
“Hücumlar nəticəsində Korenevoda mağaza tamamilə yanıb. Kostrovo yaxınlığında pilotsuz uçan aparatların tullantılarının düşməsi nəticəsində avtomobilə ziyan dəyib. Novoivanovkada bir evin fasadı, hasar və pəncərələri zədələnib. Kalinovkada avtomobilə ziyan dəyib”, – qubernator bildirib.


