Moskva Rusiya prezidenti Vladimir Putinin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşündə verdiyi bəyanatlara və ya Poseidon və Burevestnik silah sistemlərinin uğurlu sınaqlarına dair Vaşinqtondan heç bir cavab almayıb.
Millətin Səsi.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-ın sualını cavablandırarkən bildirib:
“Xeyr, heç bir reaksiya almamışıq”.
Prezident Vladimir Putin çərşənbə günü Təhlükəsizlik Şurasının üzvləri ilə ABŞ prezidenti Donald Trampın ABŞ-ın nüvə sınaqlarını bərpa etmək niyyəti ilə bağlı bəyanatlarını müzakirə edib. O, aidiyyatı təşkilat və qurumlara Rusiyanın nüvə sınaqlarına hazırlaşmasının məqsədəuyğunluğunu qiymətləndirməyi tapşırıb, lakin vurğulayıb ki, Moskva onları qadağan edən beynəlxalq müqavilədən irəli gələn öhdəliklərə əməl edir. Yalnız hər hansı digər tərəf sazişi pozarsa, tədbir görəcək.


