Rusiya sabah BMT TŞ-da Azərbaycanın xeyrinə veto qoya və daha “sadiq dostumuz” ola bilər…

“Avqustun 16-da Təhlükəsizlik Şurasında  müzakirə ediləcək “Laçın yolu ətrafındakı “böhran” vəziyyətinin, Qarabağdakı ermənilərə “humanitar yardım” şousunun da baş ssenaristi məhz Kremldir…”

 

– 3 CÜMLƏ İLƏ BİR “QUŞ”…-

 

XVIII əsrdən başlayaraq Azərbaycanda, xüsusən Qarabağda sırtıq hayk toxumunu səpərək onu böyütdükcə böyüdüb ölkəmizin bağrında sağalmaz bir xərçəng yarasına çevirmiş Rusiya imperiyası XX əsrin əvvəllərindən bəri  hayklarla aramızda qızışdırdığı davanı müxtəlif təxribat, hiylə və manipulyasiyalarla – gah onlara, gah bizlərə “qahmar” çıxmaq, “dəstək” verməklə bu davanın dünya durduqca davam etməsinə, sülh yaranmamasına çalışır…

 

2020-ci ilin noyabrında Azərbaycan ordusunun Xankəndinə müzəffər yürüşünü növbəti qondarma 10 noyabr atəşkəş bəyanat-razılaşmasıyla durdurmasından və bununla Qarabağdakı 200-300 illik separatçı-terrorçu törəməsinin- xərçəng yarasının kəsilib atılmasına yol verməməsindən bəri keçən 3 ilə yaxın dövrdə də müxtəlif təxribatlar və başaldatmalar törədən və sabah – avqustun 16-da BMT Təhlükəsizlik Şurasında  müzakirə ediləcək “Laçın yolu ətrafındakı “böhran” vəziyyətinin, Qarabağdakı ermənilərə “humanitar yardım” şousunun da baş ssenaristi məhz Kremldir…

Bu minvalla gözlənilir ki, sabah  BMT TŞ-nın Azərbaycana qarşı sərt qərar qəbul edəcəyi təqdirdə Rusiya 2022-ci ilin dekabrında Fransanın Laçın yolunun “bağlanması”yla  bağlı hazırladığı layihəyə veto qoyduğu kimi, bu qərara da veto qoysun və imperialist Fransadan fərqli olaraq 200 il öncə işğal etdiyi, repressiyalara, deportasiyalara, qətliam və soyqırımlara məruz qoyduğu və ya hayklar vasitəsilə qoydurduğu  Azərbaycanın daha “sadiq dostu” olduğunu sübut etsin… 

 

Sultan Laçın

 

Mənbə

Share: