Rusiya “Shahed” dronlarının öz versiyasının istehsalına başlayıb

Rusiya “Shahed” dronlarının öz versiyasının istehsalına başlayıb

Tədqiqatçıların fikrincə, bu, Moskvanın PUA-lardan daha geniş istifadə etməsində dönüşdür

 

Rusiya İranın Ukrayna şəhərlərinə hücum üçün istifadə etdiyi “Shahed” kamikadze-dronlarının öz versiyasını yaratmağa cəhd edir.

 

Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniyada yerləşən silah komponentlərinin öyrənilməsi ilə məşğul olan təşkilat bəyan edib. Məlumatı CNN nəşri yayıb.

 

Tədqiqatçılar müəyyən edib ki, rusiyalıların Ukraynaya zərbələr endirdiyi “Geran”v adlandırılan dronlar hər halda Rusiyanın deyil. Onlar İran istehsalı olan “Shahed-131” və “Shahed-136” dronlarının modelləri olub.

 

Lakin ötən ay “Conflict Armament Research” (CAR) tədqiqatçıları Rusiyanın Ukraynada vurulmuş iki “Geran-2” dronlarının qalıqlarına giriş əldə edib. 

 

Bu fraqmentlərin diqqətli təhlili göstərib ki, Rusiya “Shahed-136” dronlarının öz versiyasını istehsal etməyə başlayıb.

 

Mütəxəssislər “planerin və daxili blokların konstruksiyasında, o cümlədən naviqasiyada əhəmiyyətli fərqlər” aşkar edib.

 

Bu onu göstərir ki, bu iki dron İranda deyil, Rusiyada istehsal edilib. Tədqiqatçıların fikrincə, bu, Moskvanın PUA-lardan daha geniş istifadə etməsində dönüşdür.

 

“Ukraynada İran istehsalı olan PUA-lardan istifadə edilməsindən təxminən bir il sonra Rusiyanın öz dronlarınl istehsal etməyə başlaması ölkənin PUA-lar sahəsində imkanlarının xeyli inkişaf etdirməsini göstərir. Bu da ona birdəfəlik PUA-lardan istifadəni davam etməyə imkan verəcək”, – CAR qeyd edib.

 

Rusiyada silah istehsalı

 

KİV-lərin məlumatına görə, Rusiya tanklar istehsalında optika ilə bağlı problemi həll etməyə müvəffəq olub.

 

Söhbət Rusiyanın daha müasir T-72B3, T-80BVM və T-90M tanklarından gedir.

 

Qeyd edilir ki, əvvəllər rusiyalılar fransız şirkətlərindən birindən əldə etdiyi “Catherine-FC” istilik kameralarından istifadə edib. Lakin sanksiyalardan sonra bu proses mümkünsüz olub.

 

Bundan başqa, rusiyalılar öz dronlar proqramını genişləndirir. O cümlədən “Lanset” dronlarının istehsalını artırır.

Mənbə

Share: