Rusiyanın ən böyük neft şirkətlərindən biri olan “Tatneft” Türkiyədə yanacaqdolurma məntəqələrinə sahib olan şirkəti alıb.
Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Tatneft” Türkiyənin “Aytemiz Akaryakıt” yanacaq şirkətinin 100%-lik payını alıb.
Əməliyyatın ümumi həcmi 336 milyon ABŞ dollardır.
Qeyd edək ki, “Aytemiz Akaryakıt”ə Türkiyənin 77 vilayətində 570 yanacaqdoldurma məntəqəsi daxildir.