Rusiya sivilləri hədəf aldı, 12 nəfər yaralandı

Rusiya Ukraynanın cənubu ilə yanaşı, Ukraynanın şərqini də hədəfə alır.

Millətin Səsi.az xəbər verir ki, Nikolayev şəhərinə hava hücumunu nəticəsində iki tibb mərkəzi və bir yaşayış binası vurulub..

Yanğınsöndürənlər binalarda baş verən yanğını söndürmək üçün əraziyə cəlb olunub.. Hücum nəticəsində 12 nəfər yaralanıb. Rusiya isə deyir ki, biz mülki şəxsləri hədəf almırıq, lakin yaşayış məntəqələri hər gün vurulur.

Qeyd edək ki, son həftələr Rusiya Ukraynanın şərqində əhəmiyyətli uğurlar əldə edib. Bölgəsinin əsas şəhəri olan Luqanskı tutublar.

Share: