
Rusiya ordusu Ukraynanın Soledar şəhərini ələ keçirib.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yanvarın 12-də axşam saatlarında Soledar şəhəri Rusiya qoşunları tərəfindən alınıb.
Məlumata görə, Rusiya Aerokosmik Qüvvələri Soledarın ələ keçirilməsi zamanı Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus üç təyyarə və bir helikopteri sıradan çıxarıb.