Rusiya sülhməramlılarına məxsus təminat-təchizat avtomobilləri bu gün səhər saatlarında Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil olunan aksiya ərazisindən sərbəst keçib.
Modern.az xəbər verir ki, sülhməramlılara məxsus daha iki yük və bir minik avtomobilinin Xankəndidən Laçın istiqamətinə doğru hərəkətinə şərait yaradılıb.
Xatırladaq ki, azərbaycanlı ekofəalların Qarabağdakı faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə təşkil olunan etiraz aksiyası 27 gündür davam edir.