Rusiya Suriya ilə əməkdaşlıq sazişi imzalayacaq

Suriya prezidenti Bəşər Əsəd Rusiya ilə ölkəsi arasında əməkdaşlıqdan danışıb.

 

Modern.az xəbər verir ki, o, “RİA Novosti”yə müsahibəsində bu barədə məlumat verib.

 

“Suriya və Rusiya Federasiyası yaxın həftələrdə iqtisadi əməkdaşlıq haqqında saziş imzalayacaq”, – deyə Əsəd bildirib. 

 

Suriya prezidenti əlavə edib ki, tərəflər enerji, sənaye, nəqliyyat, mənzil tikintisi sahələrində 40 birgə investisiya layihəsi planlaşdırır.

 

Qeyd edək ki, o, Rusiyaya səfər etmişdi.

Mənbə

Share: