Ukrayna milli futbol komandasının keçmiş baş məşqçisi və Ukrayna Futbol Assosiasiyasının prezidenti Andrey Şevçenko Ukrayna futbol komandasının keçmiş kapitanı Anatoli Timoşçuk və əslində rusların tərəfini seçmiş digər həmyerli idmançılarla heç bir əlaqə saxlamır.
Moderator.az xəbər verir ki, əfsanəvi hücumçu bunu “NV” kanalına Rusiya Federasiyasında oynamağa və yaşamağa davam edən ukraynalı idmançılara münasibətindən danışarkən bildirib.
“Mən heç bir əlaqə saxlamıram. Rusiya təcavüzkardır, onu dəstəkləyən hər kəs mənim üçün düşməndir. Onlar haqqında danışmağın mənası yoxdur. Biz irəliləyirik, seçimimizi etmişik. Əsas olan budur”, – deyə Kiyev “Dinamo”su və “Milan”ın məşhur hücumçusu A.Şevçenko belə deyib.
Eyni zamanda futbol ulduzu əlavə edib ki, “Dinamo”dakı və milli komandadakı keçmiş tərəfdaşı, Ukrayna Milli Qvardiyasında xidmət edən Vladislav Vaşçukla ünsiyyət qurur.
“Bəli, biz bu yaxınlarda [Vaşçukla] futbol oyununda görüşdük, – Şevçenko izah edib: “Mənim Ukrayna Silahlı Qüvvələrində xidmət edən çoxlu dostlarım və tanışlarım var. Həlak olanlar da var. Bu, böyük bir ağrı və dərin boşluqdur. Eyni zamanda Ukraynanı müdafiə etməyə gedənlərə böyük hörmətim var”, – deyə Şevçenko vurğulayıb.
S.Laçın