
Rusiya Hərbi Dəniz Qüvvələri Norveç dənizində hərbi təlimlər keçirib.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Təlimlərdə “Admiralı Qorşkov” freqatı iştirak edib. Gəmidə hipersəs sürətə (saatda 1000 km) malik “Zirkon” raketləri quraşdırılıb.
Təlim zamanı düşmənin simulyasiya edilmiş hava hücumu dəf edilib.
Akif İsmayılov