“Rusiya təhlükəsi şəraitində Qərbin yeni davranış strategiyası…”

“Rusiya təhlükəsi şəraitində Qərbin yeni davranış strategiyası…”

 

“Rusiya dünya düzənini özü üçün fəlakətli hesab edərək məhv etmək istəyir…”

 

“Rusiyanın tarazlığının pozulması onun regional və qlobal məqsədlərinə nail olmaq cəhdlərinə son qoya bilər…”

 

Rusiya Ukraynada məğlub edilmədən yeni çəkindirmə strategiyasına keçmək mümkün deyil.

 

Moderator.az xəbər verir ki, bu barədə Avropa siyasəti Beynəlxalq Təhlil Mərkəzinin hesabatında deyilir. Məlumatı “Amerikanın Səsi” nəşri yayıb.

 

Analitiklər qeyd edir ki, Rusiya Amerikanın son 80 ildə sülhə və dünyanın çiçəklənməsinə zəmanət verən, lider olduğu, qaydalara əsaslanan dünya düzənini sarsıtmağa cəhd edərək Qərblə müharibə vəziyyətindədir.

 

Sənəddə analitiklər sabitliyi bərpa etmək üçün Qərbə öz maraqlarına əsaslanan çəkindirmə strategiyasını yeniləməyi təklif edir.

 

Analitiklər belə strategiyanın ilk bəndi kimi Rusiyanın Ukraynaya qarşı müharibəsində məğlubiyyətinin təmin edilməsini göstərib.

 

“Ukraynaya tammiqyaslı hərbi müdaxilə ABŞ başqa olmaqla qlobal düzənin qarşısını almağa yönələn daha böyük kampaniyada ilk atəşdir. Yeni çəkindirmə strategiyasının zamanı yetişib. Bu strategiya Ukraynada başlamalı, lakin bu müharibədə qələbə ilə bitməməlidir”, – analitiklər hesab edir.

 

Müəlliflər qeyd edir ki, Ukraynaya qarşı müharibə geosiyasi gerçəkliyi dəyişib və bunu əsas dörd amil müəyyənləşdirir.

 

Birincisi, Rusiya dünya düzənini özü üçün fəlakətli hesab edərək məhv etmək istəyir. Dünyaya belə baxış Ukraynada müharibə bitəndən sonra çətin ki, dəyişsin.

 

İkincisi, Rusiya uzunmüddərli perspektivdə Qərb üçün təhlükə törədəcək, çünki Kremlin müharibədə hərbi məğlubiyyəti az ehtimal edilir.

 

Rusiya postsovet məkanında dominantlıq qabiliyyətini saxlayır və ehtimal ki, bunu inkişaf etdirəcək və Qərbdə təhlükəsizliyi və sabitliyi pozacaqdır, analitiklər hesab edir.

 

“Rusiyaya öz ordusunu bərpa etmək üçün 7 il lazım gələcək. Onun nüvə qüvvələri artıq Qərbin fəaliyyətini çəkindirmək iqtidarında olduğunu nümayiş etdirib. Onun iqtisadiyyatı müharibə üçün uğurla yenidən təchiz edilir. Onun kiberqüvvələri, məxfi əməliyyatlar xidmətləri və dezinformasiya infrastrukturu qlobal xarakter daşıyır”, – hesabatda deyilir.

 

Üçüncüsü, ABŞ Rusiya, Çin və İrandan ibarət avtoritar dövlətlər alyansına qarşıdır, bu dövlətlər ABŞ və Qərbin digər ölkələrinin hakimiyyətini sarsıtmaq niyyətindədir və münaqişənin dünyada yayılmasından uduş əldə edəcək.

 

Dördüncüsü, Transatlantika həmrəyliyi vacibdir, Amerikanın liderliyi Avroatlantikanın təhlükəsizliyi üçün həlledicidir, ABŞ və Avropanın maraqları isə bir-birilə sıx bağlıdır.

 

Ekspertlər hesab edir ki, tövsiyə edilən yeni çəkindirmə strategiyasının məqsədi Rusiyanın tarazlığının pozulmasıdır və bu, onun regional və qlobal məqsədlərinə nail olmaq cəhdlərinə son qoya bilər.

 

Hesabat müəllifləri hesab edir ki, bu, “Kremlin ən müdafiəsiz və həssas olduğu Ukraynadan başlanmalıdır”. Müəlliflər qeyd edir ki, bunun üçün Rusiya Ukraynada məğlub ediləməlidir, bunsuz yeni çəkindirmə strategiyasına keçmək mümkün deyil.

 

Bundan öncə ABŞ və müttəfiqləri Ukraynaya dəstəyi “lazım olduğu qədər” terminindən “Ukraynanın imkan daxilində tez bir zamanda” qələbəsinin təmin edilməsinə dəyişdirməlidir.

 

Ukraynada müharibə və Qərbin yardımı

 

Rusiyanın Ukraynaya hücumu başlanandan Qərb müttəfiqləri Kiyevə silah və pullarla yardım etməyə başlayıb.

 

Lakin son zamanlar Qərb müttəfiqlərindən yardımın göstərilməsi getdikcə çətinləşməkdədir.

 

Bu, xüsusilə ABŞ-ın timsalında hiss edilir. Bu zaman Almaniya Ukraynaya yardım səylərini fəallaşdırıb.

Mənbə

Share: