
Rusiya Ukrayna müharibəsində xeyli sayda döyüş təyyarəsi itirib.
Modern.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat məlumatında bildirilib.
Qeyd olunub ki, Rusiya təyyarə itkilərini bərpa etmək iqtidarında deyil: “Rusiyanın təyyarə itkisi onun yeni təyyarələr istehsal etmək imkanından xeyli yüksəkdir”.
Məlumata görə, ixtisaslı pilotların hazırlanması üçün tələb olunan müddət Moskvanın Rusiya Hərbi Hava Qüvvələrinin potensialını bərpa etmək imkanlarını məhdudlaşdırır.
Rusiya müharibə başlayandan bəri artıq 278 təyyarə itirib.
Akif İsmayılov