Rusiya taxıl sazişindən İMTİNA ETDİ

Rusiya İstanbulda imzalanan taxıl müqaviləsində iştirakını dayandırır.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

 

Nazirlik Ukraynanı mülki gəmilərə hücum etməkdə ittiham edib.

 

“Oktyabrın 29-da Kiyev tərəfindən həyata keçirilən terror aktını nəzərə alaraq, Rusiya tərəfi Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracına dair sazişlərin həyata keçirilməsində iştirakını dayandırır”, – nazirlik bildirib.

 

Xatırladaq ki, iyulun 22-də İstanbulda dünya bazarlarına ərzaq və gübrə ixracı probleminin həlli üçün sənədlər paketi imzalanıb. İmzalanan sənədlərdən biri Ukraynanın nəzarətində olan Qara dəniz limanlarından taxıl ixracının mexanizmini müəyyən edib. Türkiyə, Ukrayna, Rusiya və BMT tərəfindən yaradılmış dördtərəfli koordinasiya mərkəzi silah qaçaqmalçılığı və təxribatların qarşısını almaq üçün taxıl gəmilərinə baxış keçiriblər.

Mənbə

Share: