Rusiya prezidenti Vladimir Putinin ən yaxın adamı hesab edilən general-mayor Andrey Suxovetski Ukrayna əsgərləri tərəfindən öldürülüb.
Millətin Səsi.az xəbər verir ki, bu sözləri Ukrayna Daxili İşlər Nazirliyinin müşaviri Anton Geraşenko özünün facebook hesabında paylaşıb.
O bildirib: “Generalın ölümü Ukrayna Rusiya müharibəsində indiyə qədər Rusiyanın ən böyük itkisidir. Müharibə uzun zaman davam edərsə, Rusiya Ukraynada ikinci Əfqanıstan yaşaya bilər”.