Kiyevin prezident Vladimir Putinin iqamətgahına hücumuna cavab olaraq Rusiya hərbçiləri Ukraynanın kritik hədəflərinə “Oreşnik” raketi də daxil olmaqla kütləvi zərbə endiriblər.
Millətin Səsi.az xəbər verir ki, bu barədə Rusiya Müdafiyə nazirlyinin yaydığı bəyanatda belə deyilir.
“Səhər tezdən Kiyev rejiminin Rusiya prezidentinin Novqorod vilayətindəki iqamətgahına 29 dekabr 2025-ci il tarixində səhər tezdən həyata keçirdiyi terror aktına cavab olaraq Rusiya Silahlı Qüvvələri yüksək dəqiqlikli uzaqmənzilli quru və dəniz silahlarından, Ukrayna ərazisində kritik hədəflərə zərbələr endirilib” – bəyanatda deyilir.
“Hədəflər terror aktında istifadə olunan pilotsuz təyyarələrin istehsalı üçün obyektlər, habelə Ukraynanın hərbi sənaye kompleksinin fəaliyyətini dəstəkləyən enerji infrastrukturu olub”, – deyə məlumatda qeyd olunub.


