Rusiya Ukraynanın əks hücumuna hazır deyil

Ukraynanın çoxdan gözlənilən əks-hücum əməliyyatı qaçılmaz görünür və Rusiya buna hazır deyil.

Bu barədə CNN yazıb.

Qeyd edilir ki, Ukraynanın cəbhə xətti texnikanın hərəkəti və artilleriya atəşi ilə səs-küy salır, işğal olunmuş ərazilərdə Rusiyanın həyati əhəmiyyətli obyektlərinə zərbələr endirir.

“Ukraynanın müdafiə naziri, hazırlıqların başa çatmaq üzrə olduğunu söylədi və Prezident Volodimir Zelenski əks-hücumun “baş tutacağına” zəmanət verdi, lakin dəqiq başlanğıc tarixini açıqlamadı”, – CNN yazıb.

“Ola bilsin, hücum artıq başlayıb və ya bir neçə həftəyə ola bilər”, – mətbu orqan əlavə edib.

Mənbə

Share: