
“Mənim heç bir yerdə heç bir biznesim yoxdur…”
“Bu, məni susmağa vadar etməyin çirkin cəhdidir…”
Putinin “sevgilisi” və “sevimli yəhudisi” Avropa İttifaqının sanksiyalar siyahısına daxil edilib
İsrailli Yakov Kedmi Avropa İttifaqının 120 hüquqi və fiziki şəxslərinin olduğu sanksiyalar siyahısına daxil edilib.
Kedminin (Kazakov) siyahıya daxil olması onunla izah edilib ki, o, Rusiyanın Ukraynaya qarşı müharibəsinə haqq qazandırıb, Ukraynanın müstəqil dövlətçilik hüququnu şübhə altına alıb, əssasız olaraq Kiyevi “nasizmdə” ittiham edib, Ukraynanın Rusiyaya təhlükə törətdiyini iddia edib, açıq şəkildə Rusiya ordusunun Ukraynanın bütün ərazisini işğal etməsinin mümkünlüyünü bəyan edib, Ukrayna Silahlı Qüvvələrinin və Ukrayna rəhbərliyinin ləğv edilməsinə çağırış edib.
2022-ci ilin aprelində Yakov Kedmi korrupsionerlər və Ukraynada müharibənin qızışdırıcılarından ibarət “6000-nin siyahısı”na daxil edilib.
Bu arada isə Kedmi israillilərə bəyan edib ki, Putini tənqid edir, amma bunun sübutlarını təqdim edə bilməyib.
“Demişəm və deyəcəyəm: Rusiya Ukraynaya qarşı ədalətli müharibə aparır, Ukrayna rejimi nasizmi və yəhudi qatillərini dəstəkləyir.
Kedmi bu barədə “Reşet bet” radiosunun efirində Kalman Libskində və Asəf Libermana müsahibəsində bəyan edib.
Öz müsahibəsində Kedmi dəfələrlə Ukrayna rejimini nasist adlandırıb.
Kedmi “Siz Zelenskinin nasizmi dəstəkləməsini eşitmisimizmi?” sualına cavab verməkdən yayınıb. O, yenidən bəyan edib ki, “nasizm heç olmasa hərbi qulluqçuların formasında olan nişanlardan görünür; bu rəmzlər İkinci dünya savaşında Lvovda talanlar törətmiş nasistlərin rəmzlərilə eynidir”.
Kedminin sözlərinə görə, “Zelenski Bandera və Şuxeviçə pozitiv yanaşır”.
Aparıcı “Kedminin Putinin ünvanına heç olmasa bircə kəlmə tənqidi söz varmı?” sualı ilə müraciət edib.
“Əlbəttə, həm də çox sözlər var”, – Kedmi cavab verib, lakin bunun nümunəsini gətirməyib.
Onun Avropada biznesinin olması və bu səbəbdən sanksiyalardan zərər çəkəcəyi barədə suala cavabında Kedmi deyib: “Mənim heç bir yerdə heç bir biznesim yoxdur”.
O, özünün sanksiyalar siyahısına salınmasını “susmağa vadar edilməyin çirkin cəhdi” kimi xarakterizə edib.
Qeyd edək ki, Avropa İttifaqının fevralın 25-də qəbul etdiyi 10-cu sanksiyalar paketində “Vladimir Putinin həyat yoldaşı” adlandırılan Alina Kabayeva da var.
Qeyd edək ki, sanksiyalar siyahısına daxil edilmə Avrpopa İttifaqı ölkələrində istənilən maliyyə əməliyyatlarına qadağa, birlik ölkələrində olan aktivlərin dondurulması, Avropa İttifaqı ölkələrinə giriş və tranzitə qadağanı nəzərdə tutur.
Avropa İttifaqı ölkələrinə aidiyyəti olan banklar və maliyyə müəssisələri birliyin sanksiyaları altında olan şəxslərin hesablarını dondurmağa borcludur. Əks halda banklar və maliyyə müəssisələrini ikincili saksiyalar təhlükəsi gözləyə bilər.