Rusiya Ukraynaya raket zərbələri endirdi: Lvovda 4 nəfər öldü

Rusiya Ukraynaya raket zərbələri endirdi: Lvovda 4 nəfər öldü

Ukraynanın Lvov vilayətinin Zoloçiv rayonuna Rusiyanın raket zərbələri nəticəsində 4 nəfər həlak olub.

 

Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə vilayət administrasiyası məlumat yayıb.

 

***

 

Ukraynanın paytaxtı Kiyev şəhərində silsilə partlayışlar baş verib.

 

Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə şəhərin meri Vitali Kliçko məlumat verib.

 

O, paytaxtının Svyatoşinski rayonunda partlayış baş verdiyini açıqlayıb. Mer, həmçinin yaşayış binalarından birinin həyətində avtomobillərin yandığını deyib. 

 

İki nəfərin partlayışlar nəticəsində həlak olduğu barədə də məlumatlar var.

 

Qeyd edək ki, bu gecə Kiyevdə daha bir partlayış baş vermişdi.

Mənbə

Share: