Rusiya və İran 1750 “Shahed” və “Mohajer”in tədarükü barədə müqavilə imzalayıbmış…

Rusiya və İran 1750 “Shahed” və “Mohajer”in tədarükü barədə müqavilə imzalayıbmış…

Rusiya və İran hələ yayda təxminən 1750 ədəd “Shahed” və “Mohajer” pilotsiz uçuş aparatlarının tədarükü barədə müqavilə imzalayıb.

 

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski bəyan edib.

 

Onun sözlərinə görə, Rusiya Federasiyasına tədarük edilən PUA-ların ilk partiyası təxminən 350 vahid, ikinci partiya təxminən 250 vahid təşkil edib.

 

Skibitski həmçinin bəyan edib ki, Ukrayna hərbi kəşfiyyatı tərəfindən İranın Rusiya Federasiyasına  operativ-taktiki raketlərin tədarükü haqqında razılaşmalara hazırlıq barəsində məlumatı təsdiq edib.

Mənbə

Share: