Rusiya və İran yaxın vaxtlarda azad ticarət zonası haqqında saziş imzalamaq barədə razılığa gəliblər.
Modern.az “Ria Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib.
“Biz həmçinin ölkələrimiz arasında ticarətin inkişafı yolunda bu gün mövcud olan bütün maneələri aradan qaldırmağa razılaşdıq. Söhbət üçüncü ölkələrin sərhədlərindəki maneələrin azaldılmasından gedir. Biz yaxın vaxtlarda İran və Avrasiya İqtisadi İttifaqı arasında azad ticarət zonası haqqında saziş bağlamaq barədə razılığa gəldik”, – deyə o, ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasının yekunlarına dair mətbuat konfransı zamanı bildirib.