“Rusiya və şəxsən Putin Ukrayna barəsində öz planlarından əl çəkməyib…”

“Putinin arzu və istəyi Ukraynanı zəbt etmək, parçalamaq, dağıtmaqdır…”

 

“Ukraynada baş verən dəhşətlərə uyğunlaşmaq mümkün deyil. Lakin bizim xidmətlər adaptasiya prosesini keçib…”

 

“İndi əsas məsələ tez bir zamanda raketdən müdafiə sistemlərini əldə etməkdir…”

 

“Lavrovun bəyanatları Rusiyaya qarşı xüsusi beynəlxalq məhkəmədə çox kömək edəcək…”

 

“Kliçko həqiqəti söylədiyinə görə ən böyük hörmətə layiqdir…”

 

Rusiya və şəxsən Putin Ukraynaya qarşı planlarından əl çəkməyib.

 

Moderator.az xəbər verir ki, bu barədə “QORDON” internet nəşrinin təsisçisi Dmitri Qordona müsahibəsində Ukraynanın 2014-2016-ı illərdə baş naziri olan, “Xalq Cəbhəsi” partiyasının lideri Arseniy Yatsenyuk bəyan edib.

 

“Rusiyalılar və şəxsən Putin öz planlarından əl çəkməyib. Əlbəttə, Putinin arzu və istəyi Ukraynanı zəbt etmək, parçalamaq, dağıtmaqdır. Həm də təkcə Ukraynanı deyil, bütün Qərb dünyasını”, – Yatsenyuk vurğulayıb.

 

O, əmindir ki, Rusiya yenidən Ukraynaya hücum edə bilər.

 

“Nədən raket hücumları səngiyib? Birincisi, buna zaman lazımdır; ikincisi, zəruri hava şəraiti lazımdır; üçüncüsü, Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiyada yüksək dəqiqli raket silahının həcmi tükənir. Mən vurğulayıram-məhz yüksık dəqiqli raket silahı. Bu üç amil cinayətkar Putinin Ukraynaya hücumlar üzrə qərarların qəbul ediməsində müvəqqəti çərçivəsinə təsir edir”, – Yatsenyuk izah edib.

 

Onun sözlərinə görə, ukraynalı hərbçilər və təchizat xidməti əməkdaşları artıq rusiyalıların hücumlarına uyğunlaşıb.

 

“Ukraynada baş verən bu dəhşətlərə uyğunlaşmaq mümkün deyil. Lakin adaptasiya prosesi keçib. İlk raket zərbələri bizim xidmətlər üçün, ilk növbədə energetika və ölkənin həyati əhəmiyyətli xidmətləri üçün necə operativ hərəkət etmək baxımından tam gözlənilməzlik olubsa, hazırda biz də adaptasiya olunmağa başlamışıq. İndi imkan daxilində RƏM sistemlərinin tez bir zamanda alınması zəruridir. Həm NATO, həm

bizim əsas ABŞ müttəfiqlərimiz, həm də avropalılar bu məsələlər üzərində işləyir və çox sürətlə işləməkdədir”, – Yatsenyuk vurğulayıb.

 

Daha sonra o, Rusiya XİN rəhbəri Sergey Lavrovun son bəyanatlarını şərh edib.

 

“Lavrov bəyan edib ki, Rusiya Ukraynanın “rusiyalıları qətlə yetirməyə kömək edən infrastrukturuna zərbələr endirir. Lavrov özü ilə təkbətək qalanda heç olmasa hərdənbir özünə sual verirmi ki, o, bu rəzilliyə necə gəlib çatıb? Axı, o, axmaq deyil”, – Qordon soruşub.

 

“Mənə elə gəlir ki, onlar indi öz qorxularının əsirindədir. Mən güman edirəm ki, o, düşünür ki, həyatının qalan hissəsini, – o, cavan adam deyil, – haradasa Putinin  bunkerlərinin yaxınlığında keçirəcək”, – Yatsenyuk deyib.

 

O, Lavrovun bəyanatının Ukraynanın beynəlxalq instansiyalarda hüquqi müdafiəsi üçün faydalı olacağına diqqət çəkib.

 

“O, ümimiyyətlə, faydalı bəyanat verib. Bu, o kateqoriyadan olan bəyanatdır ki, yaramazlar da faydalı ola bilər. O, bəyan edib ki, Rusiya Ukraynada müharibəyə başlayıb. Yəni faktiki olaraq Rusiyanın XİN rəhbəri Rusiyanın Ukraynaya qarşı hərbi təcavüz faktını etiraf edib. Bu, Rusiyaya qarşı xüsusi beynəlxalq məhkəmədə çox kömək edəcək”, – Yatsenyuk vurğulayıb.

 

Daha sonra Yatsenyuk Kiyev merindən danışaraq qeyd edib ki, Kliçko həqiqəti söyləyir və şəhər meri kimi davranır.

 

“Kliçko Kiyev forumunda bəyan edib ki, paytaxtda hazırda 3, 5 milyon adam yaşayır, amma cəmi 450 isitmə məntəqəsi var və bu, gülməlidir. Belə açıq danışmaq indi lazımdırmı?”, – Qordon soruşub.

 

“Mən Sizə deyim, bütün zal və şəxsən mən Kiyev meri Vitali Kliçkonu alqışladıq. Ona görə alqışladıq ki, o, belə mürəkkəb zamanda hələ xaricə də gedib hansısa generatorları toplayır, Kiyevə hansısa yardım koalisiyası yaradır. Həqiqəti dediyinə görə isə o, ən böyük hörmətə layiqdir. İnsanları belə mürəkkəb zamanda necə aldatmaq olar ki? Bununla necə yaşamaq olar ki? O, həqiqəti deyir və mer kimi hərəkət edir”, – Yatsenyuk deyib.

Mənbə

Share: