Rusiya və Şimali Koreya iki ölkə liderlərinin iştirakı ilə keçirilən danışıqların yekunlarına əsasən, Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalayıblar.
Millətin Səsi.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat verib.
Məlumata görə, Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen İn sənədə imza atıblar.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Şimali Koreyada səfərdədir.