2023-cü ildə Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə atəşkəsin əldə olunmasını gözləmək olar.
Modern.az xəbər verir ki, bu barədə NATO-nun keçmiş generalı Hans-Lotar Domrez bildirib.
“Yayın əvvəlində hər iki tərəfin istəyəcəyi atəşkəs gözləyirəm. 2023-cü ildə nə vaxtsa atəşkəs əldə edəcəyik”, – deyə general vurğulayıb.
Onun fikrincə, atəşkəslə bağlı danışıqlar üçün imkan yaranacaq. Amma bu, uzun müddət sülh demək deyil.
“Atəşkəs o deməkdir ki, atəşi dayandırırıq. Danışıqlar uzun çəkəcək, vasitəçilərin BMT-nin Baş katibi Quterreşin, Türkiyə Prezidenti Ərdoğanın olması mümkündür”, – deyə Hans-Lotar Domrez qeyd edib.