Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak məlumat yayıb.
O bildirib ki, mübadilə zamanı Rusiya tərəfindən əsir götürülən 32 ukraynalı geri qaytarılıb.
“Azad edilənlər arasında (Ukrayna) Silahlı Qüvvələrinin zabitləri, çavuşları və əsgərləri var. Onların hamısı şiddətli döyüşlərin getdiyi yerlərdə olub. Bu insanların çoxu itkin düşmüş hesab olunurdu”, – Yermak “Telegram”da yazıb.
Akif İsmayılov