Rusiya və Ukrayna kibercinayətkarlığa görə dünya reytinqində liderdirlər.
Moderator.az xəbər verir ki, bu barədə Oksford universitetinin araşdırmasının nəticəsində məlum olub.
Bildirilib ki, Rusiyanı bu siyahıda ilk yerdədir. Rusiyadan sonra siyahıda Ukrayna, Çin, ABŞ və Nigeriya gəlir.
Məlumata görə, alimlər üç ildir ki, kibercinayətlərin daha çox haradan qaynaqlandığını öyrənirlər. Onlar kibercinayətin beş vacib növünün əsas mənbəyinin hansı ölkələrin olduğunu öyrənmək üçün dünyanın müxtəlif ölkələrindən 92 ekspert arasında sorğu keçiriblər.
Adıçəkilən ölkələrdən başqa, ilk onluğa Rumıniya, Şimali Koreya, Böyük Britaniya, Braziliya və Hindistan da daxil olub.
Tədqiqatın müəlliflərindən biri Miranda Bryusun sözlərinə görə, bu məlumatlar milli kibertəhlükəsizlik orqanlarına haker fəaliyyətinin əsas mərkəzlərinin harada yerləşdiyini daha yaxşı anlamağa kömək edəcək: “Biz indi kibercinayətlərin coğrafiyasını və fərqli ölkələrin müxtəlif kibercinayətkarlıq növləri üzrə necə ixtisaslaşdığını daha yaxşı başa düşürük”.