Rusiya vətəndaşlığı alan ermənilərin sayı rekord həddə çatdı

Ötən il 46 min 900-dən çox erməni Rusiya vətəndaşlığı alıb.

Axar.az xəbər verir ki, bu haqda Ermənistan mətbuatı rəsmi statistikaya əsaslanaraq məlumat yayıb. Bu isə son illərin rekord göstəricisidir. Ümumilikdə isə 2017-2021-ci illər arasında 153 min 800 erməni vətəndaşı Rusiya pasportu alıb.

Ermənistan əhalisinin ölkəni kütləvi şəkildə birdəfəlik tərk etməsinin başlıca səbəbi yoxsulluq, işsizlik, aşağı maaş və inflyasiyadır. Digər tərəfdən 44 günlük müharibədə Azərbaycanın zəfər qazanması da ermənilərin xaricə üz tutmasının əsas səbəblərindən sayılır. Belə ki, onların çoxu ölkənin gələcəyini qaranlıq gördüklərini ifadə ediblər.

Share: