Rusiya vikipediyanı 1,5 milyon rubl cərimələdi

Rusiya vikipediyanı 1,5 milyon rubl cərimələdi

Rusiyada vikipediyadakı saxta məlumatları silmədiyinə görə platformanın sahibi olan “Wikimedia Fondu” rimənib.

Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Agentliyinin (Roskomnadzor) “Wikimedia Fonduna” qarşı qaldırdığı iddiaya paytaxt Moskva məhkəməsində baxılıb.

Məhkəmə Ukraynadakı münaqişə ilə bağlı yalan məlumatı silmədiyinə görə fondu 1,5 milyon rubl cərimələyib.

Vikipediya iddia edir ki, sözügedən məlumat açıq mənbələrdən və beynəlxalq təşkilatlardan götürülüb.

Mənbə

Share: