Rusiya Xankəndiyə nə qədər yük göndərib?

Rusiya Xankəndiyə nə qədər yük göndərib?

Rusiya Qırmızı Xaç Cəmiyyəti tərəfindən Xankəndiyə ümumilikdə 15 ton humanitar yük çatdırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə təşkilatın sədri Pavel Savçuk “Sputnik Armenia”ya açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, artıq yardımlar paylanılır və bundan sonra təşkilatın nümayəndələri Rusiyaya qayıdacaq.

 

Qeyd edək ki, Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədi ilə, Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə, ümumilikdə 1 TIR ərzaq yükü artıq Ağdam-Əsgəran-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postundan keçərək Xankəndinə gedib.

 

Xatırladaq ki, yük avtomobilinin keçidi üç gündür gecikdirilirdi.

Bu xəbər ilə bağlı

Rusiyanın Xankəndiyə çatdırdığı yük bu məhsullardan ibarətdir – SİYAHI


Xəbəri oxu

Mənbə

Share: