“Rusiya xaricdə öz vətəndaşlarını qorumaq hüququna malikdir”

“Rusiya xaricdə öz vətəndaşlarını qorumaq hüququna malikdir”

Medvedev müharibənin üç səbəbini açıqlayıb

 

“Döyüş əməliyyatları üçün əsas xarici dövlətin ərazisində terror və vətəndaşların qətlidir…”

 

“Dövlətin öz vətəndaşlarının həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda milli maraqlarını və həyatlarını qorumağa haqqı var…”

 

Həm ölkənin ərazisində, həm də onun hüdudlarından kənarda öz vətəndaşlarımızın qorunması, müttəfiq ölkələrin düşmən blokuna birləşməsi və milli maraqların qorunması Rusiya Federasiyasının Ukraynada xüsusi əməliyyatının əsas səbəbləridir.

 

Moderator.az xəbər verir ki, bu barədə özünün “Telegram-kanal”ında Rusiyanın Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev yazıb.

 

O, həmçinin, cari beynəlxalq vəziyyət haqqında “şənbə” qeydlərini edib

 

“İstənilən ölkə əsas prioritetləri- öz vətəndaşlarının və dövlət müstəqilliyinin qorunmasını başlıca vəzifələri hesab edir, – Medvedev yazır. – Həm də bu müdafiə təkcə öz ərazində deyil, əgər buna əsas varsa, başqa ərazilərdə də mümkündür. 

 

Başqa sözlə desək, hər bir ölkənin xarici ərazilərdə öz məhv edilən vətəndaşlarını müdafiə etmək üçün hərbi gücdən istifadə etmək, o cümlədən, öz dövləti və xalqının müdafiəsi üçün dolğun hərbi əməliyyatlar aparmaq hüququ var”.

 

O, dəqiqləşdirib ki, “belə xüsusi əməliyyatlar”ın keçirilməsi BMT Nizamnaməsinin əsas müddəaları və bu işlərlə bağlı beynəlxalq praktika ilə nizamlanıb. 

 

Medvedevin sözlərinə görə, döyüş əməliyyatları üçün əsas xarici dövlətin ərazisində terror və vətəndaşların qətlidir. 

 

Bundan başqa, Medvedev ikinci dünya müharibəsinin nəticələrinə toxunub.

 

O, vurğulayıb ki, bu nəticələri şübhə altına almır, lakin Rusiya üçün onlar bizim köklü maraqlarımıza zidd olmayanadək qəbulediləndir.

 

O cümlədən, bu, o vaxta qədər mümkündür ki, SSRİ-nin keçmiş müttəfiqləri Moskvaya düşmən olan ittifaq bloklarına daxil olmayıb. 

 

Təhlükələr sırasında Medvedev ərazi bütövlüyünün pozulması və nüvə silahını qeyd edib.

 

Dmitri Medvedev vurğulayıb ki, dövlətin öz vətəndaşlarının milli maraqlarını və həyatlarını qorumağa haqqı var. Bunun forması məqama uyğun olaraq sərt ola bilər.

 

Lakin o, qeyd edib ki,  müxtəlif dövlətlərin dinc yanaşı yaşaması mümkündür və zəruridir.

Mənbə

Share: