Rusiya Xarkovda dəmir yolunu vurdu: ölən var

Rusiya Xarkovda dəmir yolunu vurdu: ölən var

Rusiya Silahlı Qüvvələri Ukraynanın Xarkov vilayətinin Lozovaya şəhərində dəmir yolu infrastrukturuna zərbələr endirib.

Milletinsesi.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.

“Bölmələrdən birinin növbətçi mexaniki həlak olub, daha 4 dəmiryolçu yaralanıb. Bütün zərərçəkənlərə lazımi tibbi yardım göstərilir”, – məlumatda bildirilib.

Hücum nəticəsində dəmir yolu vağzalı və digər infrastruktur obyektləri zədələnib.

Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, zərərçəkənlərin sayı 10 nəfərə çatıb.

Share: