Rusiya XİN-dən Bakı və İrəvana ÇAĞIRIŞ 

Rusiya XİN-dən Bakı və İrəvana ÇAĞIRIŞ 

Azərbaycan və Ermənistana arasında sülh prosesinə alternativ yoxdur.

 

Modern.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

 

O qeyd edib ki, Rusiya qərarlıdır və mövqeyini bir daha təsdiq edir.

 

“Tərəfləri bəyanatlarda və hərəkətlərdə təmkinli olmağa və münasibətlərin normallaşması üzrə danışıqları bərpa etməyə çağırırıq”, – deyə Zaxarova bildirib.

 

Rusiya rəsmisi vurğulayıb ki, tərəflər arasında düşmənçilik ritorikasının artması, Qarabağda insidentlərin çoxalması narahatlıq doğurur.

Mənbə

Share: