Rusiya XİN İrana başsağlığı verib

Rusiya Xarici İşlər Nazirliyi (XİN) general Qasım Süleymaninin öldürülməsinə görə İran xalqına başsağlığı verib.

Milletinsesi.az-ın xəbərinə görə, bu barədə “RİA Novosti” məlumat yayıb.

“İran xalqına səmimi qəlbdən başsağlığı veririk”, – deyə XİN-in məlumatında bildirilib.

Xatırladaq ki, cümə günü Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi öldürülüb. İranın Ali lideri ayətullah Seyid Əli Xamenei general Qasım Süleymaninin ölümü münasibətilə ölkədə 3 gün matəm elan edib.

Share: